HAQQIMIZDA
Denty.az uşaqlarının diş sağlamlığının qayğısına qalan valideynlərin yanında olan uşaq diş sağlamlığı şəbəkəsidir. Biz ailələrin uşaqlarının diş sağlamlığı ilə bağlı çətinliklərini həll etmək missiyası ilə yola çıxan bir komandayıq.
Uşaqların diş sağlamlığına diqqət yetirən bir klinika tapmaq bəzən olduqca çətin ola bilir. Uşağının ağız sağlamlığından narahat olan valideynlər düzgün diş həkimi və uyğun xidmət tapmaq üçün klinikadan klinikaya qaçırlar. Denty.az bu problemi həll etməkdə sizə dəstək olacaq.
Biz, uşaqların diş sağlamlığına erkən yaşdan nəzarət edilməsini vacib hesab edirik. İnanırıq ki, hər bir valideyn övladının diş sağlamlığının qayğısına qalmaq üçün lazım olan dəstəyi almalıdır. Denty.az bu ehtiyacı ödəmək üçün yaradılıb.
Avropada diş sağlamlığı standartları son dərəcə yüksəkdir və İsveç bu sahədə aparıcı ölkələrdən biridir. İsveç, uşaqların diş sağlamlığı sahəsində əldə etdiyi nailiyyətlərlə seçilir. Məsələn, İsveçdə 12 yaşlı uşaqların 60 faizi heç vaxt diş çürüməsi ilə qarşılaşmayıb. İsveç, uşaqların diş sağlamlığının qorunmasında dünyanın ən yaxşı nümunələrindən biridir. Eyni zamanda İngiltərə kimi Avropa ölkələri də bu sahədə önəmli uğurlar əldə etməkdədirlər. Bu məqamda xüsusi ilə qeyd olunması lazım olan məqam ondan ibarətdir ki, qeyd olunan standartlar heçdə texnoloji və ya həkim peşəkarlığı mövzuları deyil. Bu standartların əsasını qeyd olunan ölkələrdə qəbul edilmiş qanunlar və tələblər təşkil edir ki, bu tələblərdə uşaqların erkən yaşdan mütəmadi müayinə olunmasını məcburi qılır. Və bu standartların nəticəsidir ki, uşaqların diş sağlamlığındakı göstəricilər yuxarı səviyyədədir.
Denty.az-da biz tərəfdaş klinikalarımızı Avropa standartlarına, xüsusən İsveç təcrübəsinə uyğun qiymətləndirməyə zəmanət veririk. Bu, bizə ailələrin uşaqlarının diş sağlamlığını rahat şəkildə etibar edə biləcəyi bir mühit yaratmağa kömək edir.
Peşəkar komandamız uşaqların diş sağlamlığına dair təcrübələri və bilikləri ilə tanınır. Uşaqlarınızın rahatlığı və sağlamlığı bizim prioritetimizdir.
Denty.az olaraq biz, övladlarınızın sağlam təbəssümünə kömək etmək üçün buradayıq. Biz sizə və övladlarınıza ən mükəmməl stomatoloji xidmət göstərməyi öz öhdəmizə götürürük.
Bizə etibar edə bilərsiniz. Uşaqların diş sağlamlığı mövzusunda çıxdığımız bu yolda, övladlarına və missiyamıza dəstək olan bütün ailələrə təşəkkür edirik.
Denty.az İsveç uşaq diş sağlamlığı təcrübəsini Azərbaycana gətirərək, uşaqlarınızın təbəssümünü qorumaq üçün buradadır!
Partnyor KLİNİKALAR
HƏKİMLƏRİMİZ
pASİENTLƏRİMİZ
MÜKAFATLAR
Peşəkar Həkim Komandamız
VALİDEYNLƏRİMİZ NƏ DEYİR
Denty, uşaqların diş sağlamlığını qorumaq üçün ehtiyacımız olan hər xidməti təqdim edir. Təmiz, müasir və uşaqlar üçün dizayn edilmiş klinikadır.
- Aysel Şükürova
Klinika uşaqların diş sağlığını ön planda tutmaqla yanaşı, onlara güvən verən və qorxularını aşa biləcəkləri bir münasibət qururlar. Bizim üçün mükəmməl seçimdir.
- Sevil Əziz
Klinika heyyəti sual və narahatlıqlarımıza, hər zaman səbrlə cavab verir. Buranın uşaqlarımız üçün ən yaxşısı olduğuna inanırıq.