
Elektrikli diş fırçalarının üstünlükləri nələrdir?
Dişləri fırçalamaq bir vərdişdir, bunu unutmayın. Bu vərdişi uşaqlıqdan övladlarınızda doğru formada aşılayın ki, gələcəkdə yalnış diş fırçalanmasından yaranan problemlərdən əziyyət çəkməsinlər.
Elektrikli diş fırçaları – sizin rahatçılığınız üçün, fırçalançalanmanın effektivliyinin artırılması və daha az səhvlərə yol verməyiniz üçün istehsal edilir.
Klassik manual fırçalardan istifadə zamanı, doğru taktikadan istifadə etmədikdə, özünüz də bilmədən dişin boyun nahiyəsinin yontalanmasına səbəb olursuz. Elektrikli firçalardan istifadə zamanı isə firçanın başlığının dairəvi ( önə və geriyə) hərəkətləri, sizə yalnış hərəkətlər etməyə imkan vermir və dişləriniz avtomatik doğru və daha təmiz şəkildə fırçalanmış olur.
Bu fırçaların üzərində olan – dişə sərt toxunduqda yanan rəngli işiq sensoru, hər 30 saniyədən növbəti seqmentə keçmək barədə məlumat verən səs siqnalı, 2 dəqiqənin tamamını bildirən səs siqnalı, və bir neçə rejimdə( sürətli, daha yavaş, qarışıq) çalışmasını təmin edən düymələr sizin dişlərinizin doğru və maksimum effektiv firçalanmasını təmin edir. Müasir versiyaları bluetoothla birbaşa sizin telefonunuzdaki aplikasiyaya qoşulur və siz firçalanmanın zamanını və effektivliyini telefonunuzda izləyə bilirsiniz.
Dişlərinizi sağlam və doğru şəkildə fırçalayın. Bizlərə əmanət olunmuş sağlamlığımızı qorumaq daha asan və ucuzdur!!!
This is a useful post for finding broken links within the website, what about links pointing outwards that are broken? I can use a free web service but wondered if this was possible.
Great tool! I am using a redirect plugin to send all my 404’s to my home page but I think it’s slacking sometimes.