XİDMƏTLƏR

Müayinə

Profilaktik baxım

Diş təmizliyi

Kök-kanal müalicə

Diş plombları

Ekstraksiya

Ortodontik müalicə

Sedasiya

Həkim məsləhəti
HƏKİM MƏSLƏHƏTİ
ORTODONTİK MÜALİCƏ
DİŞ PLOMBLANMASI

Dental Müayinə
Uşaqların rahatlığı baxımından təhlükəsiz və rahat şəkildə gerçəkləşdirilən ilkin müayinə, daha dəqiq diaqnoz baxımından çox vacib və önəmlidir. Bu mövzuda bütün suallarınızı cavablandırmağa hazırıq.

Diş Plombları
Plomblarınız güvənilir, dözümlü və həssasdır. Müxtəlif rəng çeşidləri mövcuddur. Rəng çeşidləri ilə övladlarınız üçün ən rahat olanı seçə bilirik. Ağrısız və gözəl təbəssüm üçün bizi seçin.

Diş Çürüyü
Diş məcunu bakteriya ilə mübarizə, ərpi təmizləmə və nəfəs təravətləndiricidir. Zərərli kimyəvi maddələr yoxdu. Meyvə dadlı və əyləncəli paketlənmə ilə, uşaqlara disiplinli şəkildə diş təmizliyinə sövq edir.

Plastinkalarla Müalicə
Diş sırası və dişləmdə olan patoligiyalar zamanı erkən yaşda müalicə daha məqsədə uyğundur. Burada bizə köməyə plastinkalar gəlir. Plastinkalar ilə müalicə bu sahədə çox effektivdir. Plastinka diş əyriliklərini düzəltmək üçün xüsusi bir aparatdır.

Yer tutucu prosedurları
Müalicə oluna bilməyəcək qədər zədələnmiş və ya müxtəlif səbəblərdən erkən çıxarılması lazım olan süd dişlərini əvəz etmək üçün icra edilən prosedurlardır. Bu sayədə daimi dişin aşağıdan gələcək çıxma boşluğu qorunur və gələcəkdə mümkün sıxlaşmanın qarşısı alınır.

Breket sistemləri
Dişlərin ağızda düz yerləşməməsi tək kosmetik defekt deyil. Bir çox hallarda bu digər pozulmalara – dişlərin dağılmasına, ağır vəziyyətlərdə güclü ağrılara, hətta çənənin bir tərəfə əyilməsinə səbəb ola bilər. Breket sistemləri dişlərin düz yerləşməməsi problemini həll edir.

Rəngli Dişlər
Proses tez və asandır, övladınız üçün minimum narahatlıqla gerçəkləşdirilir. Rəngli dişlər ilə övladlarınızın sağlam və gözəl gülüşlərini qorumalarına kömək edin.

Diş Plombu
Özəl diş plombları təhlükəsiz və effektivdir. Övladlarınızın dişləri ilə uyğunlaşacaq bir çox rəngi var. Çürük nəticəsində zədələnmiş dişlərin bərpa edilməsində effektivdir.

SmileCraft Plombları
SmileCraft Fillings — bu özəl olaraq uşaqlar üçün hazırlanmış diş plomblama məhsuludur. Valideynlərin uşaqlarının dişlərini qorumaq və bərpa etmək üçün etibar edə biləcəyi təhlükəsiz, toksik olmayan və BPA-sız məhsuldur.