Süd dişlərində karies müalicənin vaciblik protokolu
Aşağıda paylaşmış olduğumuz şəkilə diqqət etməyiniz çox vacibdir. Övladlarınızın dişlərinin və ağız sağlamlığının məsuliyyəti ilk növbədə valideynlərinin üzərindədir. Bu səbəbdən övladlarınızın dişlərini müntəzəm olaraq nəzarətdə saxlayın və diş həkiminizlə ünsiyyətdə olun. Övladlarınızın ağız boşluğunun sağlamlığı barədə həkimlərimizdən tam məlumat alın. Şəkildə dişlərin müalicəsinin vacibiyyət sıralaması qeyd olunub.
Övladlarınızın ağız sağlamlığına nəzarətsizlik, selikli qişa xəstəlikləri, diş əti problemləri, diş daşı-diş ərpi, karies, qeyri-karioz xəstəliklər, ortodontik problemlər və bir çox digər problemlərə yola aça bilər. Denty olaraq biz övladlarınızın ağız sağlamlığına daha həssas yanaşırıq. Denty-də bütün bu problemlər övladınızın müalicə protokoluna qeyd olunur və vaciblik ardıcıllığı ilə müalicə aparılır.